Tələsmə, aldanma, təslim olma, bənövşə               

 

Yanvar ayı olmasına baxmayaraq, Sabir adlı balamız bənövşə toplamışdı. Bu bənövşə bir çoxlarının sevincinə səbəb olsa da, mən sevinmədim. İlk dəfə idi ki, bənövşəni görəndə sevinmədim. Bənövşələr açanda çox sevinər, qışdan qurtulub yaza çıxdığımızı sanardıq.
Bu qədərmi tələsib fəsillər? Bu qədərmi tələsib ömrümüz? Nə tez açmısan, bənövşə, nə yaman tələsmisən?
Səndəmi vəfa etmirsən bu həyata, sən dəmi? Bel bağlamırsan bizim kimi bu həyata. Nə fərqimiz var ki, bənövşə? Sonunda biz də təbiətik sənintək!
Aldanma, tələsmə bu qışın isti günəşinə. Şaxtası var gecənin. Qorxudar, soldurar, üşüdər səni.
Tələsmə. Yaz ömrümüz var qarşıda. Artıq bahar gəlib, çərşənbələr keçib, nədənsə, ana təbiət bu dəfə yerin, fəslin dəyişib. Şair gözəl deyib bu yerdə müsibət oluruq biz, səhv düşəndə yerimiz. Yerinimi dəyişib fəsillər, Bənövşəm? Yoxsa çaşmısan bizim kimi? Bu təbiət də insanlar kimidir. Baş açmaq olmur havasından.
Sərxoş olubmu bu ana təbiət? Yoxsa bizəmi şıltaqlıq edir. Bir saat içində dörd fəsil yaşayan ürək nədənsə iki fəsil yaşayır sanki. Qış qış kimi gəlmir. Yaz qışa dönüb. Hanı? Yaz ömrümüz? Bənövşəm, bilmərik harda tutar həyatın sərt boranı, qışı. Etibarı yox ki, bu həyatın…
Səni Allah gözlərə nur, körpələrə şəfa verib. Mənim körpə çiçəyim.

Zərifə Səmədova,

Maçaxı kəndi

 

Şərh Yaz