“Qadın ömrü” adlı tədbir keçirilib                 

 

7 mart 2022-ci il tarixdə İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəbin fortepiano şöbəsinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilib.

Tədbirdə məktəbin direktoru Bəhruz Həşimov, fortepiano şöbəsinin müdiri Kəmalə Mustafayeva, nəzəriyyə şöbəsinin müdiri Aynurə Güləliyeva və məktəbin həmkarlar təşkilatının sədri Jalə Qədirova çıxış ediblər. Çıxışlarda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfovun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayevanın təbrikləri məktəbin qadın müəllimlərinə çatdırılıb.

Daha sonra fortepiano şöbəsinin I sinif şagirdlərinin ifaları ilə tədbir davam edib. Sonda fəal iştiraklarına görə şagirdlər təltif ediliblər.

Şərh Yaz