Bayrama həsr olunmuş sərgi         

            

 

5 mart 2022-ci il tarixində İsmayıllı Rayon MKS-nin Uşaq söbəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə sərgi təşkil edilib.

Cari ilin Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşa İli” olmasına önəm verən kitabxana işçiləri sərgidə Şuşanın tanınmış ziyalı qadınlarının bir qisminin şəkilləri ilə bərabər onların haqqında olan məlumatları  əks etdirən guşə yaradıblar. Bayram ərəfəsində kitabxanaya gələn məktəbli oxucular guşə ilə tanış olublar.

Şərh Yaz