Qüvvələr problemlərin həllinə səfərbər edilib             

 

QHT-lərə Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Müasir Azərbaycan Qadını” ictimayi birliyi İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə “Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihə həyata keçirib.

Görüşdə RİH-nin əməkdaşı, psixoloqlar, məktəblilər və kollec tələbələri iştirak edib.

Layihənin məqsədi uşaq və gənclər arasında məişət zorakılığının azaldılması məqsədilə məlumatlandırma kompaniyasının aparılmasıdır.

Görüşdə çıxış edənlər uşaq və gənclər arasında məişət zorakılığının səbəbləri, məişət zorakılığının mahiyyəti, doğurduğu neqativ nəticələr və onlara qarşı mübarizə tədbirləri haqda məlumat verib, uşaqların və gənclərin problemlərinə hökumət və cəmiyyətin diqqətinin artırılması və onların səylərinin bu problemlərin həllinə səfərbər edilməsini təmin edəcək yollar haqqında danışıblar.

L.Kəbirova

Şərh Yaz