Ömrün naxışları, qurub, yaradan eloğlu, xalqa, dövlətə xidmət edən insan

 

Əlimdə qələm çox düşündüm, çox daşındım. Düşüncələrimi saf-çürük etdim, xatirələri çözələdim. Görəsən bu insan haqqında yazıya necə başlayım, necə yazım, onun həyat fəaliyyətini necə işıqlandırım?

Nə vaxtsa oxuduğum, yadımda qalan bir kəlam var: “İnsanlarda ən qiymətli ləyaqət səmimiyyətdir”. Bu həqiqətən də belədir. Ləyaqətli insan şərəfli həyat yolu keçməli, müdrikliyin açarını tapıb, başqalarına kömək olmalıdır. Əgər şərəf və müdrikliyin arasında səmimiyyət varsa, onda bu, insanı yüksəldir, daha da uca edir.

Xalq üçün çalışmaq, tikib-qurmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalı insanların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Belə ziyalı, milli ruh daşıyıcısı kimi tanıdığım, tikdiyi binalar qədər uca olan, nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyət, böyük nüfuz sahiblərindən biri də Ədalət Lətif oğlu Göyüşovdur. Bu dəyərli insan haqqında xoş söz söyləmək mənim üçün fərəhli andır. Tam səmimiyyətlə deyirəm, bu həqiqətən belədir. Bu yazını yazmağı heç kim məndən xahiş etməyib, sadəcə ürəyimin səsinə qulaq asmalı oldum.

Həyatda bir prinsipim var. Yaxşıya yaxşı, pisə pis demək. Məddahlıqdan xoşum gəlmir, pislərə nifrətim var, amma, bəsən onlara yazığım gəlir. Pis niyyətli insanlar aciz və qorxaq olurlar. Mənim yazı qəhrəmanım isə yaxşıların ən yaxşısındandır. Ola bilər, kimsə mənimlə razılaşmasın. Əlbəttə, bu, onun öz fikri, öz mövqeyidir…

Ədalət Göyüşovu bir şəxsiyyət kimi çoxlarının nəzərində ucaldan ali keyfiyyətlərdən biri odur ki, insanlığa xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşib. Onun sadəliyi, mehribanlığı, insansevərliyi ilk baxışdan sevilən aurasını daha da cazibədar edir.

Ə.Göyüşov sadə bir vətəndaşdır. Sahibkardır. Çörəkli adam, xeyriyyəçi və el-oba qədri bilən eloğlu kimi tanınır. Ən çətin vaxtlarda ehtiyac duyanlara çörək verib. İsmayıllımızda onlarca binalar məhz inşaatçı Ədalətin  rəhbərliyi ilə tikilib, istifadəyə verilib.

Əgər bu gün İsmayıllıda ucalan çoxmərtəbəli yaşayış və inzbati binalara baxsanız, bu tikililərdə Ədalət Göyüşovun ömrünün naxışlarını görərik. Ədalət qurub, yaradan inşaatçı və respublikada tanınan memardır. İsmayıllı rayonunun daha da gözəlləşməsində böyük pay sahibidir. Xalqa, dövlətə xidmət edən insandır. Ədalət həmişə çalışıb ki, tikdiyi binalar memarlıq üslubu əsasında inşaa olunsun, milli kalorit, yenilik və tarixilik qorunub, saxlanılsın. Dəfələrlə əməyi mükafatlandırılıb. Respublika səviyyəli inşaatçı memardır. Azərbaycan Respublikasının Əməkdar memarıdır.

İnşaatçı –memar Ədalət Göyüşovu yaxından tanıyan, hətta ona bir dəfə salam verən, onunla bir kollektivdə işləyənlərin hər biri etiraf edə bilərlə ki, o, sədaqətdə, səmimiyyətdə, insanlara münasibətdə özünün və sözünün bütövlüyü ilə ürəklərdə heykəlləşməyi bacara bilən sınanmış dostdur.

Bütün bunları fitri istedad deyil, böyük yaradanın sevdiyi bəndəsinə bəxş etdiyi əbədi xoşbəxtlik kimi qiymətləndirmək olar.

Deyirlər ki, insanın ürəyində kainatdan bəxş edilmiş bir nüvə var. Məhz bəlkə də demək olar ki, o nüvə, Ədalət Göyüşovun təbirincə desək, “zərrəcik” onu bu qədər böyük və zəkalı edib. Bu zərrəcik torpağın enerjisi ilə qidalanıb insan beynində özünü və dünyanı dərkə və hərəkətə gətirə bilən müsbət enerjiyə çevirir. Tanıdığım gündən onda, dosta, tanışa qarşı mənfi enerji görməmişəm.

Deyirlər, Ədalət qardaşımızın hələ orta məktəbdə oxuduğu illərdə böyük şairimiz Zəlimxan Yaqubdan şeirləri tədbirlərdə əzbər söyləyər, hər bir kəsi heyrətləndirərdi. Heç kim inana bilmirdi ki, siniflərində boyca məktəbli yoldaşlaırndan kiçik və çəlimsiz görünən bu uşağın kiçik ürəyinin dərinliklərində  böyük arzular boy atır. Ev və təsərrüfat işlərində valideyinlərinə yaxından kömək etməsini, məktəbdə keçdiyi bütün fənlərdən əla qiymət almasını görənlər ona həsəd aparırdı. Hamı deyirdi ki, Ədalətdən muğayət olun, Allah saxlasın, onun böyük gələcəyi olacaq. Atası isə təmkinlə: – Kim olursa olsun, təki Allah bəxtini-taleyini versin, deyərdi.

Ə.Göyüşov 1964-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadab olub. Kənd məktəbində orta təhsil aldıqdan sonra 1982-1987-ci illərdə  Azərbaycan Kənd Təsərrüfatı Akademiyasın aqronomluq fakültəsini bitirib. 1987-1992-ci illərdə İsmayıllı rayonunun Ruşan kəndindəki təsərrüfatda aqronom, sonrakı 7 ildə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan kənd ərazi dairəsi üzrə nümayəndə, 2000-2020-ci illərdə isə Ruşan bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

 

Həyat yolundan göründüyü kimi, müxtəlif illərdə məsul işlərdə işləyib, özünü tanındıb, sonralar qurub, yaratmağa çox meyilli olduğu üçün İnşaat İnistitutunun memarlıq fakültəsinidə bitirərək, ürəkdən sevdiyi işi ilə məşğul olmağa başlayıb.

İsmayıllıda tikilmiş onlarca binalar məhz inşaatçı Ədalət Göyüşovun rəhbərliyiilə ucaldı. Bu gün rayon mərkəzində ucalan çoxmərtəbəli yaşayış və inzibati binalara baxsanız, bu tikililərdə Ədalətin ömrünün naxışlarını görərsiniz.

Mart ayı onun ayıdır, həyata bahar gələndə gəlib deyə, onunla görüşümüzü, haqqında yazı yazmaq və təbrik etmək niyyətimi də bu vaxta gerçəkləşdirmək qərarına gəldim. Hər dəfə görüşəndə, haqqında yazmaqistdiyimi bildirəndə deyidi bu olur: Axı mən nə etmişəm ki, haqqımda yazı da yazasınız?

Nə isə… Bildiklərimi ipə-sapa düzüb, dostluğa sədaqətli, əliaçıq və səxavətli insan haqqında bir balaca yazı ilə keçdiyi yollara işıq tutdum. Yazının sonuna yaxın da olsa bildirim ki, Ədalət Göyüşov uzun illər yaşadığı Ruşan kəndində bələdiyyə seçkilərinin qalibi, kənd bələdiyyəsinin sədri olub. Bu da el sevgisinin, elə olan sevginintarixləşmiş nümunəsidir.

Ədalət Göyüşovun yaşadığı şərəfli ömür əsl insana, böyük bir sahibkara xas olan ən gözəl xüsusiyyətlərdir. Onun saf həyat amalı, tikdiyi evlər, yaraşıqlı mənzillər qədirbilən yetişdirmələri və o mənzillərdən istifadə edənlərin yaddaşlarında əbədi yaşayacaqdır. Qurub, yaradan əlləriniz var olsun! Ədalət müəllim!

Bəli, Ədalət Göyüşovun bu günki işi, xeyirxahlığı, bacarığı, rəhbərlik etdiyi işindən zövq alması onu hamıya sevdirir. Elə ona görə deyirik:

 

İçi bulaq kimi aydın görünür,

Dilindən qopan söz ürəkdən gəlir.

Dostum taleyini özü həll edir,

Halallıq arzudan, diləkdən gəlir.

 

Halallıq içində ədalət edir,

Damarında axan qan da halaldır.

İnsanı özündən əvvəl dərk edir,

Çünk hal əhlidir, o, əhli-haldır.

 

Dağın dağ adı var, təpənin təpə,

Dağda qartal olar, təpədə leylək.

Yenilməz qartaldır mənim gözümdə,

Hər insan olaydı kaş Ədalət tək.

 

Sözünü özü tək bütöv görmüşəm,

İçində xılt yoxdur, dilində yalan.

Dostun dar günündə, çətin anında,

Baba dağı kimi dayanır hər an.

 

Ədalət zəhmətlə ucalıb ancaq,

Tikdiyi binalar uca qalıbdır.

Ucada qalmağı bacara bilən,

Əməkdən, zəhmətdən ilham alıbdır.

 

Yorğunluq ram olur onun önündə,

Ən çox işləyəndə dincəlibdir o.

Dostun-tanışın da çətin günündə,

Atadan, qardaşdan tez gəlmişdi o.

 

Haqqın tərəzisi, Allahın xofu,

İçində çevrilib işığa, nura.

Haqqa, ədalətə söykəndiyindən,

Ədalət çağrılıb yarada, qura.

 

Sən onun qəlbində böyüklüyə bax,

Qeyrətə bürünüb damarında qan.

Ən çətin anlarda, ən çətin gündə,

Təbəssüm süzülüb dodaqlarından.

 

Zəhmətdən yoğrulub, işdən həzz alıb,

Dünyanı dərk edib ağlı kəsəndən.

Ədalət adında, gözəl insanı

Necə var, eləcə tanımışam mən!

 

Ədalət Göyüşov duruluğu, şəffaflığı, insanlara həmişə və hər vaxt təmənnasız xidmət etməkdən yorulmayan dağ bulaqları kimi safdır. Görünür, bu da səbəbsiz deyil. Çünki Ədalət Göyüşov dünyaya göz açdığı vaxtdan doğma ana südü ilə yanaşı təmiz bulaqların suyunu içib. Şirin dilli bulaqlarla təmasda olub. Arzuları, əməlləri, dünyaya baxışı da bu kökdən, bu mayadan bəhrələndiyindən özü də, xasiyyəti də dupdurudur.

 

Sınanıb, min çətin sınaqdan keçib,

Olub etibarda, sədaqətdə tək.

İnaddan dönməyən dost olmaq üçün,

Ədalət Göyüşov olasa gərək.

 

Bəli, həmişə belə qal! Sadə, təmiz! Ülvi həyat daim nəsibin olsun! Qoy bundan sonra da yaşının üstünə ələnən illər sənə başucalığı, xoşbəxtlik nəsib etsin. Tanrı səni qorusun! Sənin şəxsiyyətin, kimliyin sənətinlə, işinlə tamamlanır. Sən inşaat işinin zərgəri, sərrafısan.

Budur, səni mənə və dostlarına sevdirən cəhətlər. Bax, budur mənim tanıdığım, şəxsiyyət kimi sevdiyim, inandığım sadə, səmimi memar – Ədalət Göyüşov!

Övladlarının hər zaman xoş sorağını eşidəsən, daim fərəhlənəsən. Üzündən sevinc əskik olmasın. Yeni yaşın mübarək!

Hacıməmməd Məmmədov

 

Şərh Yaz