Bacarıqlara daha geniş meydan açılır                      

 

İsmayıllı rayon sakini Surə Seyidova 5 ildir ki, filoqrafiya sənəti ilə  məşğul olur. O, mismar və müxtəlif rəngli iplərdən istifadə etməklə 3 D farmatı  ilə göz oxşayan tablolar toxyur.

Filoqrafiya sənəti qədim sənətdir, amma dövrümüzə qədər gəlib çatıb. Hazırda çox sevilən sənətlərdən biridir. Bu sənət həm də string art kimi tanınır, toxunma üsulunda fərq var.

S.Seyidovanın dediklərinə görə, işə başlamazdan əvvəl toxunacaq şəkil hazır edilir. Yəni, yeni bir ideyaya, təxəyyülə əsaslanaraq şəkili seçilir. Həmin şəkil taxta materialın üzərində əks olunur. Taxta 1 santimetrdən nazik olmamalıdır. Fon hazırlanmasında məxmər parçadan, dəridən istifadə edilir. Sonra şəkilə əsasən mismarlar xəttin üzərinə vurulur.

Bu işin icrası üçün əsas alətlər çəkic və naqqaşdır. Mismar köməkçi materialdır. Şəkil çəkmə, mismarlama işləri bitdikdən sonra fonda olan kağız sökülür və toxuma işi başlanır. Toxuma üçün müxtəlif növ iplərdən istifadə edilir. Əsasən ipək saplar, işdən, rəngindən asılı olaraq akril, pambıq və sair ip növlərindən istifadə edilir. İşləri ölçüsünə və mürəkkəbliyinə görə fərqli zamanlarda bitirmək olur. Elə iş olur ki 1, 2 və ya 5 günə bitirmək olur. Çox vaxt aparan işim 30-40 gün vaxt aparıb.

Böyük ölçülü işlər ən azı bir ay vaxt tələb edir. Belə tablolar 3 D sayılır. Məsələn, Silahlı Qüvvələrinin emblemini 25 günə bitirmişəm. Bu böyük ölçüdə bir işdir. Üzərində çeşidli saplardan istifadə olunub. Rəsmin konturu boyunca vurulan mismarlarin ara məsafəsi, hündürlüyü eyni olmalıdır.

S.Seyidova bir çox dövlət və özəl sərgilərin iştirakçısı olub, əl isləri seçilib və yüksək dəyərləndirilib. Bir çox işləri xarici qonaqlara, respublikamızın tanınmış simalarına  hədiyyə olunub.

2021-ci ilin “Nizami İli” olduğu üçün toxuduğu Nizami Gəncəvi portreti Qənirə xanım Paşayeva tərəfindən xüsusilə dəyərləndirilib.

Elə tablolar olub ki, xüsusi dəyəri olduğundan müəllif onları satmaq istəməyib. Böyük istedad və bacarığa malik həmyerlimiz kreativ sifarişçilər sayəsində fərqli tablolar hazırlamalı olur. Bu da onun öz bacarıqlarına daha geniş meydan açmasına səbəb olur.

Rafiq Həsənov

Şərh Yaz