Unutmamalı və unutdurmamalıyıq                   

 

İsmayıllı rayonunun Külüllü kənd ibtidai məktəbində Azərbaycan Ordusunun qazandığı Zəfər Günününə, şəhid və qazilərimizin örnək olan həyatına həsr olunmuş tədbir keçirilib.

Həmin tədbirdə şagirdlərin ifasında əlamətdar tarixi vəsf edən şeirlər, musiqilər səslənib. Məktəbin direktoru Sara Ağayevanin Zəfər Gününə aid çıxışı dinlənilib. Onun çıxışında Ali Baş Komandanın ətrafında sıx birləşməyimizin və hər zaman bir yumruq kimi  birlikdə və möhkəm olacağımızın vacibliyi əksini tapıb.  Bu kimi çıxışlarda şagirdlərə vətənpərvərlik hissi aşılandığı bildirilib.

Torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olmağımız fəxr olunası məqamdır. 44 günlük Vətən müharibəsində 3 minə yaxın qardaşlarımız şəhid, minlərlə əsgərimiz qazi oldu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Qazilərimiz tezliklə şəfa tapsınlar. Biz onların borcunu qaytara bilən deyilik, sadəcə, dərs dediyimiz şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, bu tarixi anları onların yaddaşına yazmaq, torpaqlarımızın işğal və azad olunma tarixlərlərini öyrətmək ən başlıca vəzifəmizdir. Biz zaman-zaman başımıza gələnləri unutmamalı və unutdurmamalıyıq.

Aynur Ağayeva

Şərh Yaz