Zəfər sənindir, Azərbaycan əsgəri                       

          

Qalacıq kəndində “Şəhidlər bulağı”nın açılışı olub. Qalacıq və İstisu kəndlərin igid övladları – Tariyel Xanadanov, Xanlar Abdullayev, Şahin Eminov, Fərman Feyzullayev, Akif Baxışov Birinci Qarabağ müharibəsin qəhrəman döyüşçüləri olmaqla Vətən uğrunda canlarını qurban vermişlər. Azərbaycan xalqı bütün şəhid övladları ilə fəxr edir, onların müqəddəs adlarının əbədiləşdirilməsi, unudulmaması üçün xeyirxah işlər görür. Qalacıqda inşa edilən bulaq da bu məqsədə xidmət edir.

Təşəbbüsü irəli sürənlər İsmayıllı RİH başçısının Qalacıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təbriz Eminov və  kənd bələdiyyəsinin sədri Zöhrə Şalbuzova olub.

Bulağın açılış mərasimini giriş sözü ilə açan T.Eminov ölməz oğullarımızın qısa, lakin örnək olan ömür yolundan, Vətən naminə göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışıb.

İstisu kənd sakini Nəbi Musayev isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qüdrətli Azərbaycan Ordusunun gücü ilə şəhidlərimizin qisasının alınması və ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb.

Şəhid ailələrinin adından danışan şəhid qardaşı Beydi Abdullayev bulağın inşasına görə kənd sakinlərinə bu kimi xeyirxah işlərə rəvac verən rayon rəhbərliyinə minnətdarlıq edib.

Tədbirin sonunda şəhidlərin qəbirləri ziyarət olunub. Şəhidlərin ruhuna dualar edilib.

Ziyarətçilər cənab Prezidentə can sağlığı, Azərbaycan Ordusuna güc, qüvvət arzulayıblar.

Novruz Əlimuradov,

İsmayıllı MKS-nin Qalacıq kənd kitabxanasının müdiri

Şərh Yaz