Şairlə görüş                                         

İsmayıllı Gənclərin İnkişafı  Koryera Mərkəzində “Ədiblərimiz” layihəsi çərçivəsində “İsmayıllı xəbərləri” qəzetinin təsisçi və baş redaktoru, Prezident təqaüdçüsü, şair-publisist Şahməmməd Dağlaroğlu ilə bədii yaradıcılığa meyilli bir qrup gəncin dekabr ayının 22-də görüşü baş tutub. Şair gənclərə keçdiyi ömür yolundan, ədəbi aləmdəki mövqeyindən, bu sahədəki naliyətlərindən danışıb.

Görüş maraqlı dioloq şəklində keçib. Şair gənclərə zamanın tələbi olan tövsiyyələr verməklə son vaxtlar yazdığı şeirlərdən nümunələri  diqqətə çatdırıb və  44 günlük müharibə günlərində yazdığı “Döyüşən sətirlər” adlı kitabını onlara hədiyyə edib.  Gənclər sonda  şairlə xatirə şəkli çəkdiriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz