Məqsəd kimya fənninə maraq yaratmaqdır                 

24 dekabr 2021-ci tarixində “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi”nin qalibi olmuş “Sabahın Alimləri” adlı layihənin bağlanış mərasimi keçirilib. Layihədə əsas məqsəd şagirdlərdə kimya fənninə qarşı maraq yaratmaq olub.

Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Ramiz Baloğlanov və layihəyə qoşulan şagirdlər iştirak ediblər. Tədbir zamanı 15 sentyabr 2021-15 dekabr 2021-ci il tarixləri müddətində keçirilən təlimlər haqqında layihə rəhbəri Gülnarə Qurbanova ətraflı məlumat verib.

İsmayıllı Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi R.Baloğlanov layihə haqqında fikirlirlərini bölüşdükdən sonra Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qrant layihələrin şagirdlər üçün önəmli olduğunu bir daha vurğulayıb.

Daha sonra layihə iştirakçılarına Sertifikat və hədiyyələr təqdim olunub. Layihədə iştirak edən bütün şagirdlərə uğurlar arzulanıb və onların sabahın alimləri olacaqlarına inam qeyd edilib.

Layihə müddəti ərzində göstərilən diqqətə görə İsmayıllı Rayon Təhsil Şöbəsinə və şöbənin müdiri Rövşən Əliyevə minnətdarlıq ifadə olunub.

 Gülnarə Qurbanova

 

Şərh Yaz