İnsan alverinin qurbanı olmamaq üçün                         

Dekabr ayının 21-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində fəaliyyət göstərən Sosial xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə birlikdə  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq maarifləndirmə tədbiri keçirilib.

Mərkəzin əməkdaşları insan alveri nədir, insan alveri qurbanlarının taleyi, onlara verilən dəstək barədə geniş danışıblar.

Çıxış edənlər insan alverinin qurbanı olmamaq üçün iştirakçılara nələrə diqqət etməli olduqları barədə məlumat veriblər. Bu mövzuda çəkilmiş  reklam xarakterli filmə baxılıb və birlikdə müzakirələr aparılıb.

Tədbirdə Mərkəzdən bəhrələnən uşaqların anaları, könüllülər, məktəb psixoloqları, habelə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri  iştirak edib.

Lalə Kəbirova

Şərh Yaz