İsmayıllı şəhər bağçalarının iştirakı ilə “Zəfər bayramı” adlı tədbir keçirilib            

             İsmayıllı şəhər 1, 2, 3 saylı körpələr evi-uşaq bağçalarının ümumi iştirakı ilə “Zəfər Günü”nə həsr olunan “Zəfər bayramı” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, SHXCDX-nin İsmayıllı Rayon Şöbəsinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi, RİH-nin şəhər İƏD-i üzrə nümayəndəsi, İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri və qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin məqsədi uşaqlarda bağça yaşlarından etibarən vətənpərvərlik hislərini aşılamaqdan ibarətdir. Tədbir körpə fidanların ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə davam edib.

Şərh Yaz