Qalacıqda Zəfər Gününə həsr ounmuş tədbir keçirilib                       

Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş  İsmayıllı Rayon Təhsil Şöbəsinin “Tədbirlər Planı”na uyğun olaraq  İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbinin fəaliyyət planı çərçivəsində 04 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon T.Xadananov adına Qalacıq kənd tam orta məktəbində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri, rayonun Qurbanəfəndi kəndindən olan şəhid Mürsəliyev Sübhi Balamirzə oğlunun ailə üzvləri, II Qarabağ müharibəsi iştirakçıları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov  qonaqları salamlayaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatları nəzərə çatdırıb. Sonrakı mərhələdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işləri uğurla davam etdirdiyini, müasir Silahlı Qüvvələrimizin dünyanın 50  qüdrətli  ordusu sırasında qərarlaşdığını vurğulayan məktəb direktoru 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan, Azərbaycan əsgərinin qəhrəmanlıqlarından danışıb.

Tədbirdə çıxış edən II Qarabağ müharibəsində könüllü olaraq döyüşmüş məktəbin hərbi çağrışaqədərki hazırlıq müəllimi Elşad İsmayılov öz döyüş yolları haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra şagirdlərin hazırladığı Şəhidlərimizin şərəfli həyat və mübarizə yoluna həsr olunmuş videoçarxlar və ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub, Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Tədbir bədii hissə ilə başa çatıb.

Şərh Yaz