“Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində ekskursiya təşkil olunub                 

5 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalib layihəsi olan “Mənim peşəm mənim gələcəyimdir!” adlı layihə çərçivəsində İsmayıllı rayonu Yeniyol və  Təzəkənd kənd tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında seçilmiş 30-a qədər məktəblinin Azərxalça ASC-nin İsmayıllı filialına ekskursiyası təşkil edilib.

Eskskursiyanı keçirməkdə məqsəd Azərbaycan xalçaçılıq sənətinin və peşə yönümlü sahələrin təbliğində şagirdlərin mədəni biliklərinin artırılmasına kömək etməkdir. Bununla yanaşı hazırda ölkə rəhbərliyinin xüsusi diqqət göstərdiyi xalçaçılıq sənəti üzrə gələcəkdə lazımı kadrların yetişdirilməsinə töhfə verə bilməkdir.

Ekskursiya zamanı məktəblilər ilk olaraq emalatxanadakı şəraiti və iş prosesi ilə tanış olublar. Azərxalça ASC-nin İsmayıllı  filialınin direktoru Emil Məmmədov məktəblilərə Azərbaycan xalaçaçılıq məktəbi və mərkəzdə hazırlanmış xalçalar haqqında məlumat verərək onların ərsəyə gəlməsi prossesini izah edib, xalçalarda istifadə olunan ilmələr, ornamentlər haqqında geniş məlumat verib. Məktəblilər əyani olaraq xalça toxumağın sirrlərini birbaşa xalçaçıların özlərindən öyrənib, xalça toxunuşu prosesini əyani şəkildə izləyib, toxucuların  köməyi ilə ilmələrin vurulması qaydasını öyrəniblər və həmçinin xalça hazırlamaq üçün istifadə edilən xammal və ləvazimatlarla tanış olublar. Naxışlarla bağlı şagirdlərin sualları cavablandırılıb. Ekskursiya uşaqların marağına səbəb olub.

Elnarə Günəş

Şərh Yaz