Vilnusdan Avropa çempionu kimi qayıtdı                          

24-31 oktyabr 2021-ci il tarixlərdə Litvanın Vilnüs şəhərində qol güləşi üzrə 30-cu Avropa çempionatı keçrilib.  Bu çempionatda Azərbaycan yığması 23 medal əldə edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə Litvanın Vilnüs şəhərinə göndərilən, yığma komandamızın tərkibində iştirak edən İsmayıllı idmançısı Nihat İsgəndərov sağ qol güləşi üzrə 55 kq çəki dərəcəsində böyüklərdə (kişilərdə) 1-ci yer (qızıl medal) və gənclər arasında sağ qolda 50 kq. çəki dərəcəsində 1-ci yer (qızıl medal) qazanaraq Avropa çempionu olub. Komanda hesabında Azərbaycan yığması ikinci nəticə göstərərək gümüş kuboka sahib olub.

Avropa çempionu olan Nihat və ailəsi, məşqçi-müəllimi Vüsal Qəzənfərov və digər yetirmələri ilə birgə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  noyabr ayının 6-da Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra  tədbir iştirakçıları Diyallı kəndində gələrək, Vətən müharibəsində qol güləşi ustası  olaraq iştirak etmiş, qəhrəmancasına şəhid olmuş Tural Şıxızadənin məzarını və ailəsini ziyarət ediblər.

Onu da qeyd edək ki, N.İsgəndərov 2019-cu ildə qol güləşi üzrə Azərbaycan kuboku uğrunda  keçirilən  birincilikdə ölkənin üçüncüsü olub.

Şərh Yaz