Qazi ziyarət olunub                                               

9 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Qələbə qaçışı xeyriyyə tədbirində iştirak edən İsmayıllı komandası tədbirdən sonra Bakı şəhərində müalicəsi davam etdirilən qazi mayor Həşim Həşimovu ziyarət ediblər.

Ziyarət zamanı səmimi söhbət edən qazi H.Həşimov dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan söz açaraq qeyd edib ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov tərəfindən də İsmayıllı rayonunun şəhid ailələri və qazilərinin problemləri diqqətdə saxlanılır və daim həll olunur. Sonda  qazi onun görüşünə gələn İsmayıllı gənclərinə öz təşəkkürün bildirib.

Onu da qeyd edək ki, qazi mayor Həşim Həşimov Vətən müharibəsində göstərdiyi igidliklər üçün “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz