Zəfər Gününə həsr olunmuş birincilik                         

4 noyabr 2021-ci il tarixdə Diyallı kəndində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan pauerliftinq üzrə rayon birinciliyi keçirilib.

Tədbir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Müzəffər Ordumuzun Şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin mahiyyətini gənclərə daha dərindən çatdırmaq, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, pauerliftinq idman növünə marağın artırılması məqsədini daşıyıb.

Şəhid idmançı Tural Şıxızadənın adı verilmiş zalda baş tutan yarış ulu öndər Heydər Əliyevin və  müxtəlif tarixlərdə Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş  qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, pauerliftinq üzrə məşiqçi-müəllim Eldəniz Əhmədov,  kəndin şəhid yetirmələri Tural Şıxızadənin və Orxan Lətiflinin valideyinləri, Vətən müharibəsi iştirakçıları, qaziləri, kənd sakinləri, yeniyetmələr, gənc idmançılar iştirak ediblər.

Yarışın sonunda qaliblərə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları və medallar təqdim olunub.

 

 

 

Şərh Yaz