Təmir razılığa səbəb olub                                     

İsmayıllının şəhərkənarı məhəllələrindən biri “Tingçilik” adlanır. Bu ad sovetlər dönəmində  rayondakı kolxozlardan birinin bağçılaq təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə ərazidə tinglərin yetişdirilməsindən bu cür formalaşmışdır.

Ovaxtdan və hazırda bu yaşayış məntəqəsi şəhər mərkəzindən bir qədər kənarda yerləşir. Şəhərdaxili asfalt yola çıxanadək arada olan 1,9 kilometr yol çınqıl örtüklüdür və yaranan çala-çuxurlar yağmurlu havalarda nəqliyyatın hərəkətini xeyli çətinləşdirir.

Payız-qış aylarında burada yaşayanların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə sakinlərin istəyini gerçəkləşdirən İsmayıllı bələdiyyəsi yolu yenidən çınqıllayıb. Yol gediş-gəliş üçün rahat vəziyyətə gətirilib.

Ərazidə yaşayan sakinlər yolun təmirindən, yaradılan rahatlıqdan razı qaldıqlarını bildirirlər.

Ülkər Əsədova

Şərh Yaz