Layihə iştirakçıları bu dəfə Peşə Təhsil Mərkəzində olublar                      

15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” nin qalib layihəsi olan “Mənim peşəm mənim gələcəyimdir!” adlı layihə çərçivəsində İsmayıllı rayonu Yeniyol kənd tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasında seçilmiş 30-a qədər məktəblinin İsmayıllı Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib.
Eskskursiyanı keçirməkdə məqsəd məktəblilərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə, şəxsi keyfiyyətlərinə uyğun olaraq, müvafiq ixtisas, peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsinə nail olmaqdır.

İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov qonaqları salamlayaraq layihə iştirakçılarına müxtəlif sənət növləri və peşələr haqqında ətraflı məlumat verib. Ardınca müəssisə rəhbəri məktəblilərə müxtəlif sənət növləri üzrə ilkin nəzəri və praktiki biliklərin aşılanmasına məqsədi ilə qonaqları peşə sinifləri ilə tanış edib. Burada məktəblilər peşə ixtisasları barədə geniş məlumatlandırılıb.

Qonaqlar İsmayıllı Peşə Tədris Mərkəzinin dülgər, çilingər, aşpaz və santexnik, mebel quraşdırma, aqronom, dərzi, bərbər, xalçaçılıq, İKT, turizm və informatika otaqlarında olublar, müxtəlif peşə ixtisasının tədrisi prosesini izləyiblər. Ekskursiya zamanı müxtəlif peşə növləri ilə bağlı şagirdlərin sualları cavablandırılıb.

Şərh Yaz