Məşğulluq və gəlir imkanları artırılacaq

 

Prezidentimiz cənab İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək mərkəz kimi fəaliyyətə başlamışdır. Müəssisə həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək. Bu və digər istiqamətlərdə mərkəzdə dəstəkverici könüllülərin iştirakına zərurət yarandığı üçün könüllülük fəaliyyətinin təşviqi ilə bağlı mərkəz tərəfindən silsilə təqdimatlar keçirilir. Bu məqsədlə Dost Agentliyinin nümayəndələri 2 aprel 2024- cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri ilə görüşüblər.

Görüş öncəsi qonaqlar Vətən torpaqlarının düşmənlərdən azad edilməsi uğrunda şəhid olan kollec tələbələrinin şərəfinə təhsil ocağının həyətində inşa edilmiş xatirə kompleksini ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Şərh Yaz