Rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar davam edir            

25 oktyabr tarixindən etibarən şəhər və kənd məktəbinin şagirdləri İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təşkil olunan ekskursiyalarda iştirak edirlər.

Ekskursiyalar zamanı məktəblilərə rayonumuzun tarixi abidələri haqqında və ekspozisiyalarda sərgilənən eksponatlar barədə ətraflı məlumatlar verilir, məktəblilərin maddi-mədəni nümunələrlə bağlı sualları cavablandırılır.
Muzeydə həmçinin məktəblilər Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olur, onlara şəhidlərin keçdiyi şanlı döyüş yolu haqqında məlumat verilir.

Şərh Yaz