Təkrar hədiyyə                        

        Şəhid generalımız Polad Həşimovun xatirəsinə həsr olunmuş, müəllimlər arasında riyaziyyat fənni üzrə keçirilən “2021 – Zəfər olimpiadası”nda İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Zərqəm Əsədov Respublika üzrə I yeri, Gülşən İldırımlı isə III yeri qazanmışdır.

Bu böyük uğur münasibəti ilə hər iki müəllimimizi təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq. Onuda qeyd edək ki, riyaziyyat müəllimimiz Zərqəm Əsədov I yeri qazandığı üçün ona verilmiş noutbuku məktəbimizin şəhid məzunu Vüqar Şıxıyevin qızı, XI sinif şagirdi, dərs əlaçısı Nərmin Şıxıyevaya hədiyyə edib. Bu gözəl və gözlənilməz təşəbbüsə görə Zərqəm müəllimə bütün kollektiv adından təşəkkürümüzü bildiririk.

Şərh Yaz