Şəhid ailələri ziyarət olunur                    

12 oktyabr 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarları İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva İkinci Qarabağ müharibəsində şəhid olmuş Aqil Mirzəliyevin və Həsən Abdullayevin ailələrini ziyarət ediblər.

Şəhidlərin valideynləri və yaxınları ilə keçirilən görüş zamanı onların keçdiyi şərəfli  ömür və döyüş yolu barədə ətraflı söhbət aparılıb və xoş xatirələri yad edilib. Şəhidlərin valideynlərinə minnətdarlıq ifadə olunub.

Allah bütün şəhidlərə rəhmət eləsin!

“İsmayıllı xəbərləri”

Şərh Yaz