Vətənpərvərlik ruhunda tərbiyə       

2020-ci ilin 23 oktyabrında  44 günlük  Vətən müharibəsində qəhrəmancasına şəhid olan Aqil Mirzəliyev İsmayıllıdakı Şəhidlər xiyabanında dəfn olunub. Göstərilən tarix cəsur döyüşçünün şəhadətə qovuşduğu gündür.

Şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibəti ilə İsmayıllı Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi Aqilin Şəhidlər xiyabanındakı məzarını və boya-başa çatdığı ünvanda ev muzeyini ziyarət ediblər.

Mərkəzin dərnək rəhbəri Günel Həsənova dərnək üzvləri ilə birgə hazırladığı əl işini şəhidin ev muzeyinə təqdim edib. Ziyarət zamanı bu kimi tədbirlərin yetişən nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən söz açılıb.

“İsmayıllı xəbərləri”

Şərh Yaz