Layihələrin təhsilə təsiri                               

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş müəllimləri və Gəndov kənd ümumi orta məktəbin direktoru ilə görüşüb.

Görüş karantin qaydalarına uyğun olaraq təşkil edilib.

Görüşdə çıxış edən R.Əliyev qalibləri təbrik edib, layihələrin təhsilimizə xeyirli olmasını arzulayıb.

Layihələrin icra vəziyyəti, görüləcək işlər və planlar müzakirə olunub, bu barədə məlumatlar dinlənilib.

Ətraf məktəblərin də layihələrdə iştirakının təmin edilməsinin vacibliyini vurğulayan R.Əliyev bununla bağlı müvafiq tapşırıq və tövsiyyələrini verib.

Sonda qalib müəllimlər layihələrin uğurla icra edilməsi üçün bilik və bacarıqlarını layiqincə sərf edəcəklərini bildiriblər. Müəllimlər potensiallarını aşkarlamaq üçün yaradılan şəraitə görə ölkə başçısına və təhsil nazirliyinə təşəkkür ediblər.

İsmayıllı xəbərləri

Şərh Yaz