Təcrübə işlə təminata imkan verəcək                          

İmayıllıda Regional Mədəniyyət İdarəsi, Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Yay Təcrübə Proqramı” layihəsi həyata keçirilir.

Yüksək potensiala, təşəbbüskarlıq keyfiyyətlərinə malik olan gənclərin dəstəklənməsi, onların keyfiyyətli kadr potensialı kimi yetişməsi məqsədilə keçirilən layihə çərçivəsində gənclər müxtəlif təlimlərdə iştirak ediblər.

Layihə iştirakçıları Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovla görüşüblər. Görüşdə Elçin Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Növbəti mərhələdə iştirakçılar İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsində təcrübə keçəcəklər. Təcrübə müddətini uğurla bitirən iştirakçıların müvafiq strukturlarda işlə təmin olunması planlaşdırılır.

İsmayıllı xəbərləri

Şərh Yaz