Olsaydı   –   Musa Yaqubun 50 illiyinə

“Yaman günün ömrü azdı” –

Babam dedi, atam yazdı.

Atamdan mənə qalmazdı,

Yaman gün qısa olsaydı.

 

Mən bu yolu keçəsiydim,

Bu dərdləri çəkəsiydim.

Görən kimin tikəsiydim,

Bu dünya kasa olsaydı?

 

“Çöp yuvalar” boş olmazdı,

Göyərməmiş daş olmazdı.

İl keçərdi, qış olmazdı,

Hər şair Musa olsaydı.

Şahməmməd Dağlaroğlu

 

 

 

 

Şərh Yaz