Həyat və fəaliyyəti zəngin olub                              

 

Azərbaycan poeziyası bu gün çox dəyərli nümayəndəsini itirmişdir. Xalq şairi Musa Yaqub mayın 7-də 84 yaşında dünyasını dəyişmişdir. Musa Yaqub vətəninə, torpağına bağlı bir yaradıcı insan olub. Onun həyat və fəaliyyəti çox zəngin olmuşdur, ərsəyə gətirdiyi şeirləri bu gün də oxucu tərəfindən böyük maraqla qarşılanır. O, hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəliyi, qabiliyyəti ilə seçilmişdir. İsmayıllı rayonunda doğulub boya-başa çatmış dəyərli insan Musa Yaqub ömrünün böyük hissəsini müasir poeziyamıza həsr etmiş, cəmiyyətdə baş verən prosesləri öz yaradıcılığında canlandırmağa çalışmışdır. Mənalı ömür sürən və zəngin əsərləri ilə Musa Yaqub geniş oxucu kütləsinin sevimli şairlərindən olub. Yüksək mədəniyyətə, etikaya malik, mehriban, diqqətcil idi. Daim yüksəkliyə, öyrənməyə, öyrətməyə, irəliyə getməyə can atırdı. İsmayıllı ziyalısı, ağsaqqalı Musa Yaqubun aramızda olmaması bizi kədərləndirir.

Görkəmli şair və səmimi insan Musa Yaqub onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Novruzəli Aslanov,

millət vəkili

Şərh Yaz