Mədəniyyət işçisinə yüksək fəxri ad verilib                              

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında 06 mart 2021-ci il tarixli Sərəncamına əsasən Abdullayeva Sahibə Abbas qızı Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2011-ci ildə “Tərəqqi” medalı almış Sahibə Abdullayevanı  yenidən yüksək fəxri ada layiq görülməsi və  8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə qəbul və təbrik edib. İsmayıllının mədəniyyət sahəsinə böyük uğur qazandıran Şahibə

Abdullayevaya qiymətli hədiyyələr təqdim olunub (Sahibə Abdullayeva haqqında daha geniş məlumat qəzetin 16-17-ci səhifələrində verilib).

İsmayıllı xəbərləri”

Şərh Yaz