Fəxr edir, qürur duyuruq                               

Hörmətli redaktor, “İsmayıllı xəbərləri” qəzeti, qəzetin ismayilli-xeberleri.info saytı və feysbuk səhifəniz vasitəsilə müntəzəm olaraq rayonun ictimai həyatı ilə demək olar ki, hər gün tanış ola bilirəm. Bu sahədəki işgüzarlığınızı alqışlayır, doğma rayonumuza, eləcə də sizə yeni nailiyyətlər qazanmağı arzulayıram.

Bəzən həmyerlilərimizə çatdıracağımız ürək sözlərini sizə ünvanlamağı da məqbul hesab edirəm.

Qəzetiniz vasitəsi ilə rayonumuzun tanınmış ziyalısı, İsmayıllı təhsilinin ölkə səviyyəsində yüksək yer tutmasında misilsiz xidmətləri olan görkəmli pedaqoq Bəşirov Fərman Zakir oğlunun vəfatının ildönümündə ailəsinə, doğmalarına, xatirəsini əziz tutanlara dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirəm. Qəbri nurla dolsun. Ruhu şad, məkanı cənnət olsun.

Fərman müəllimin İsmayıllı rayonunda uzun illər çalışdığı təhsil sistemində, eləcə də İctimai Nəzarət Şurasının sədri kimi rayonun ictimai həyatında xatırlanacaq çox işlər görmüşdür. Bu müdrik insan ömrü boyu rayonun işgüzar ziyalısı olduğunu əməli işi ilə sübut etdi və nümunəvi bir həyat yolu keçdi.

Biz doğma İsmayıllı rayonumuzun adını yüksəldən və onun inkişafında rolu olan ziyalılarımızla hər zaman fəxr edir, onlarla qürur duyuruq. Allah qalanlara can sağlığı, ölənlərə rəhmət eləsin.

Elmira Ağayeva,

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, dosent

 

Şərh Yaz