Şəhid arzusu                                          

Cahan Məmmədli İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olan, Vətən müharibəsi günlərində düşmənə qarşı döyüşlərdə mübarizlik nümayiş etdirərək şəhidlik zirvəsinə ucalan oğullarımızdan biridir. Cahan bir çoxlarına nümunə ola biləcək vətənpərvər gənclərimizdən idi. Ən böyük arzusu işğalda olan torpaqlarımızın düşməndən geri alınması, tarixi sərhədlərimizin bərpa olunması idi. Arzularından biri isə yaşadığı evdə tavanında üçrəngli bayrağımız təsvir olunmuş otağının olması idi. Cahanı döyüşə səsləyən arzuları çin oldu. Əlbəttə, çin olmuş arzuları bu gün onun ölməz ruhunu sevindirir. Düşmən məğlub oldu, sərhədlərimiz yerini aldı. Yaşadığı evdə otaqlardan biri onun arzuladığı kimi bəzədildi.

Ay-ulduzlu otağın mübarək, ŞƏHİDİM!

Əli Səmədov

Şərh Yaz