Bir əsgər məktubu…

Vətən hardan başlanır? Vətəni bir olanların bu suala cavabı çox vaxt müxtəlif olur: Şəhid övladlarımızın ürəyindən, “Dəmir yumruq”dan, birliyimizdən, cənab Ali Baş Komandanın əmrinə müntəzir olmaqdan başlanır Vətən! Zirvələrə bayraq taxmaqdan, ölümlə əbədiyyət qazanmaqdan, mərdlikdən, mübarizlikdən başlanır Vətən!

Şəhidlik zirvəniz, ölməzliyiniz qürurumuz əbədiyaşar oğullar, aldığınız yaranın ağrısı hamımızın canından keçir, əziz qazilərimiz! Sizin Qələbə eşqiniz günəş kimi hər səhər üfüqdən boylanacaq, Vətənə nur saçacaq!

Əlimdə bir əsgər məktubu vardır,

Onu oxuyuram həyəcanla mən.

Ölən bir əsgərdən son yadigardır,

Od-alov saçılır sətirlərindən.

 

Söz – canlı, vüqardır, söz cansız deyil.

Söz də ürək kimi bizə gərəkdir.

Mənə elə gəldi, bu, kağız deyil,

Əbədi döyünən odlu ürəkdir.

 

Ona lazım olmuş cəbhədə ürək,

Demə ürəyini göndəribdir o.

Məktuba od saçan sözlər düzərək,

Odlu bir ürəyə döndəribdir o.

44 günlük Vətən müharibəsində  bir olmuş xalqımızın ürəyi əsgər ürəyinə dönmüşdü. Şəhidin ömür yolu vilayətdən şəhadətə kimidir:

Ölən qəhrəmana ağlamayın siz,

Yas tutaraq, sinə dağlamayın siz.

Ona oxumayın matəm nəğməsi,

Qoy həyat nəğməsi desin diliniz.

Rövşən Ağayev (Niyallı),

Lahıc qəsəbəsi

Şərh Yaz