Qəsəbə ətrafında olan kəndlər üçün inkişaf bazası                    

İsmayıllı rayonun Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərinə asfalt yol çəkilir. Bu kəndlər rayonun dağlıq ərazisində yerləşməklə dəniz səviyyəsindən 1500 metrdən yüksəklikdə, rayon mərkəzindən 40 kilometrdən çox aralı məsafədə yerləşir.

Bu kəndlərə çəkilən yolun uzunluğu Basqal qəsəbəsindən başlamaqla ümumilikdə 10 kilometrdir. Həmin kəndlərə mövcud yol yataqları əsaslı şəkildə, yenidən qurulur. Yollara lazım gəldiyi yerlərdə körpü, suötürücü kollektorlar quraşdırılır və  sonda asfalt döşənir. Adı çəkilən işlər “İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km.) –Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilir.
Bir məqamı da qeyd edək ki, Prezident cənab İlham Әliyev 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar Sәrәncam imzalayıb. Hazırda həmin Sərəncamdan irəli gələn vəzifələrə uyğun ərazidəki  tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılır. Bununla yanaşı, ərazidə ənənəvi xalq sənətkarlığı növlərinin və turizmin inkişaf etdirilməsi də nəzərdə tutulur.
18 hektara yaxın, əsrarəngiz təbiətə malik bir ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikintisi Basqal qəsəbəsinin ətrafında olan yaşayış məntəqələri üçün sözün əsil mənasında inkişaf bazası olacaqdır.

İsmayıllı xəbərləri”

Şərh Yaz