Reydlər davam etdirilir          

 

İsmayıllı rayonu ərazisində karantin qaydalarına əməl olunması ilə bağlı keçirilən reydlər davam edir. Şəhərin mərkəzi bazarında, marketlərdə, ticarət və digər xidmət oyektlərində əhali maarifləndirilir, karantin qaydaları bir daha izah olunur.

Reydlər rayonda yaradılmış mobil qruplar tərəfindən həyata  keçirilir. Mobil qruplar rayon icra hakimiyyəti, polis şöbəsi, vergi idarəsi, bələdiyyə, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölməsinin əməkdaşları, ziyalılar və könüllülərdən təşkil olunub.

Son vaxtlar “COVID-19” infeksiyasına yoluxmanın intensivliyi səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin müddəti dekabrın 2-dək uzadılıb.

Vətəndaşlara ölkəmizdə Vətən müharibəsinin getdiyini nəzərə almaq, sosial məsuliyyətimizi dərk etmək, bu istiqamətdə dövlətə dəstək olmaq izah olunur. Biz özümüzü və yaxınlarımızı qorumaqla, həm də ön cəbhədə ordumuzu, əsgər balalarımızı qorumuş oluruq. Məsuliyyətli olmalıyıq ki, ön və arxa cəbhədə düşmənə fürsət verməyək.

İsmayıllı xəbərləri”  

 

Şərh Yaz