Yollar yollara qovuşacaq                     

İsmayıllı şəhərinin küçələrində abadlıq və yenidənqurma işləri davam etdirilməkdədir. Abadlaşdırlan küçələrin bəzisinə körpü və suötürcülər quraşdırılır. Asfaltlanma işləri aparmaqla yanaşı, küçələrdə işıqlandırma sistemi qurulur, piyada səkiləri yenilənir.

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun şəhərdən keçən 26-28-ci kilometrliyində, Əbülhəsən Ələkbərzadə küçəsində yolun asfalt hissəsinin təmiri başa çatıb. Hazırda burada işıqlandırma sistemin yenilənir və piyada səkilərinin yenidən qurulması işləri aparılır.

Şəhərin Məhəmməd Əsədov və Vahab Osmanov küçələrinin abadlaşdırılması da diqqətdədir. M.Əsədov küçəsini kəsən su kanalının üstündə yeni körpü quraşdırılıb. Növbəti ildə küçəyə asfalt döşənməsi planlaşdırılıb. V.Osmanov küçəsində isə piyadaların gediş-gəlişini asanlaşdıracaq səki quraşdırılıb.

Ölkəmizdə müharibə getdiyi bir vaxtda əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun icra olunur. Bu, o deməkdir ki, dövlətimizin iqtisadi qüdrəti və ordumuz güclü olduqca yüksəkdir. İsmayıllılar əmindirlər ki, bu gün ölkənin əksər yerlərində çəkilən yollar sabah Şuşaya, Xankəndinə, Laçına gedən yollarla qovuşacaqdır.

İsmayıllı xəbərləri”

Şərh Yaz