Salam, məğlubedilməz Azərbaycan əsgəri!                 

 

Vətən müharibəsində göstərdiyiniz zəfərlər xalqın arzu və ümidlərini doğruldur. Ali Baş Komandanın əmrlərini yerinə yetirməkdə çox mübarizsiniz.

Sizininlə fəxr edənlərin sırasında biz də varıq. Məktəbliyik. Son vaxtlar qəhrəmanlıq, vətənpərvərlik hissləri aşılayan kitablar oxuyur, filmlərə baxmaqdan xüsusi zövq alırıq. Oxuduğumuz əsərlərdəki qəhrəmanlardan öncə sizlər bizim üçün örnək, nümunəsiniz.

Cəbhədə, Vətən müharibəsində qazandığınız qələbələr bizi daha yaxşı oxumağa, Vətəni qəlbən sevməyə, onun uğrunda şəhid olmağa belə ruhlandırır.

Cəbhə xəbərlərini izlədikcə, qorxmazlıq və qəhrəmanlığınızın möhtəşəmliyi ilə qürurlanırıq. Əmin ola bilərsiniz ki, göstərdiyiniz hünərlər tərəfimizdən zaman-zaman seviləcək və lazım gələrsə, təkrarlanacaqdır.

Orduda, döyüş meydanında göstərdiyiniz hünərlər xalqımızı bir yumruq kimi birləşdirdi. Çox əminik ki, bu birlik bir daha heç vaxt sarsılmayacaq. Haqq yolunda mübarizənizin zəfərlə bitəcəyinə əminik.

Allah qolunuza qüvvət, canınıza sağlıq versin! Allah Sizlərlə bərabər Ali Baş Komandanımızı, Prezidentimiz cənab İlham Əliyevi, Azərbaycan xalqını qorusun! Sizdən QƏLƏBƏ gözləyirik!

Qarabağ Azərbaycandır!

Sevgilərlə:

Ağbulaq kənd ümumi orta məktəbinin bir qrup şagirdi

Şərh Yaz