İşgüzarlıq artmaqdadır                                                   

Əvvəlki illərlə müqayisədə İsmayıllı bələdiyyəsinin fəaliyyəti yekunlaşmaqda olan ildə müəyyən qədər yüksəkdir. Müvəffəqiyyətlərin kökündə əmək intizamının və bələdiyyə-vətəndaş münasibətlərinin gücləndirilməsi başlıca şərtlərdən olub.

Vətəndaşlardan torpaq və əmlak vergilərinin toplanmasında vergi müfəttişlərinin məsuliyyət hissi xeyli artmışdır. Bələdiyyənin hüdudları daxilində yaradılmış Məhəllə komitələrinin bu sahədəki işgüzarlığı da işə təsirsiz ötməmişdir.

Ağsaqqalların, nüfuzlu şəhər sakinlərinin köməyi ilə vətəndaşlarda vergi mədəniyyətinin müsbət tərəfə dəyişməsi də sevindirici hallardandır.

Bu yaxınlarda şəhərin Mican məhəlləsinin dini icmasının sədri Qəhrəman Osmanlı bələdiyyə işinə verdiyi nəzərəçarpan dəstəyə görə “Bələdiyyə təəssübkeşi” fəxri diplomuna layiq görülüb.

İsmayıllı xəbərləri”

Şərh Yaz