Könüllülər Xocalı ailəsinin qonağı olub                

 

“Konüllülər ili”ndə çoxsaylı layihələrə imza atan Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin gənc könüllüləri Xocalıdan məcburi köçkün olmuş Əliyevlər ailəsinin qonağı olub, ailəyə şanlı, üçrəngli bayrağımızı hədiyyə ediblər.

Əliyevlər ailəsi 1992-ci ildə Xocalını tərk etmək məcburiyyətində qalanda İsmayıllının Tubukənd kəndinə sığınıblar. Ailənin Xocalıdan yadigar saxlaya bildikləri sadəcə, fotoşəkillərdir.

Onlar Xocalıya qayıdacağı günü səbirsizliklə gözləyirlər.

Səadət Rəhimova

Şərh Yaz