Ciddi hazırlığın nəticəsi

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Yazəmən Ağayevanın  təşəbbüsü və təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibəti ilə “El bilir ki, sən mənimsən” adlı şeir  müsabiqəsi keçirilib.

Müsabiqədə şəhər və kənd məktəblərinin şagirdləri fəallıq nümayiş etdiriblər. I-IV siniflər üzrə bölmədə  1 nömrəli tam orta məktəbinin hazırlıq qrupundan Duyğu Ağazadə və  5 nömrəli tam orta məktəbinin II sinif şagirdi Baxış Ağayev birinci olublar. İkinciliyi 5 nömrəli tam orta məktəbindən III sinif şagirdi Duyğu Yusifli və IV sinif şagirdi Fidan Cərullayeva qazanıblar.

Üçüncü yerə Xankəndi tam orta məktəbinin II sinif şagirdi Gülay Osmanlının, 5 nömrəli tam orta məktəbindən hazırlıq qrupunun şagirdi Aylin Ağayevanın, I sinif şagirdi Məhəmməd Bəkirovun, III sinif şagirdi Nazlı Əzimovanın çıxışı  layiq görülüb.

V-XI siniflər arasındakı yarışmada 5 nömrəli tam orta məktəbinin V sinif şagirdi  Kainat Hüseynlinin və Hacıhətəmli kənd tam orta məktəbinin şagirdi  Qızılgül Sadıqova lider olublar.

Müsabiqəyə daha ciddi hazırlaşmış “meydan sahibləri” – V sinif şagirdi İsmayıl Qəniyev və VIII sinif şagirdi Zeynəb Hüseynli ikinci yerlə kifayətləniblər. Yarışmanın üçüncülüyü də məktəbin V sinif şagirdləri Mehriban Mikayıllı və Nuray Fətəliyevaya nəsib olub.

Qaliblərə məktəb rəhbərliyinin Fəxri fərmanları təqdim olunub.

Zeynəb Hüseynli,

məktəbin şagirdi

Şərh Yaz