Vətəndaşlar yüksәk mәsuliyyәt nümayiş etdirdilər

İyun ayının 15-də İsmayıllıda iki günlük sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olundu. 15 iyun saat 00:00-da qüvvәyә minmiş qaydalara görә, rayonun bütün yaşayış mәntәqәlәrindә insanların evlәri tәrk etmәlәri qadağan olundu. Әhali, hәmçinin polis vә tibb işçilәri Nazirlәr Kabineti yanında Operativ Qәrargahın 9 iyun 2020-ci il tarixli, 196 nömrəli qәrarına әmәl edәrәk yüksәk mәsuliyyәt nümayiş etdirdi.

Sәrtlәşdirilmiş xüsusi karantin rejimi yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi daşıyıb.

Xüsusi karantin rejiminin sərtləşdirilməsi İsmayıllı ilə yanaşı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində, Abşeron, Salyan, Kürdəmir və Yevlax rayonlarında da tətbiq olunub.

İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində əhalinin intensiv hərəkəti yerlərinə maarifləndirici posterlər yapışdırılır, sakinlərə flayerlər paylanır.

Təlimat materiallarında 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər istifadə etməmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyyələr verilir. Parça maskanın hazırlanması və ondan istifadə qaydaları da təlimatda yer alır.

Flayerlər əhalinin çoxluq təşkil etdiyi məkanlarda, o cümlədən küçə, park, ictimai nəqliyyat və dayanacaqda paylanır. İdarə, müəssisə və evlərə də verilir. Posterlər bankomatlara, iaşə obyektlərinin qapı və pəncərələrinə yapışdırılır.

İşlər icra nümayəndəlikləri və gənc könüllülər tərəfindən həyata keçirilir. Tәşәbbüs çәrçivәsindә 24 min flayer, 5 mindәn çox posterdən istifadə olunub.

Xatırladaq ki, təlimat vərəqələri İsmayıllıda 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmamışdan qabaq paylanılıb. Vətəndaşlara bu müddətdə  yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz