2019-cu ildə aqrar sahənin yekunları haqqında

İsmayıllı rayonunun iqtisadiyyatında əsas sahələrdən də biri kənd təsərrüfatıdır. Rayon iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar bölmədə də yüksək nəticələr əldə olunmuş, rayon üzrə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 43,4 faiz təşkil etmişdir.

2019-cu ildə rayonda müvafiq ilin faktiki qiymətləri ilə 104009,1 min manatlıq, müqayisəli qiymətlərlə isə 99419,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 47,3 faizini  heyvandarlıq, 52,7 faizini isə bitkiçilik  məhsullarının istehsalı təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq sahəsində 4,9 faiz, bitkiçilik sahəsində isə 12,1 faiz artım əldə olunmuşdur. 2019-cu ildə kənd təsərrüfatı məhsulunun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə 3,8 faiz və ya 3661,7 min manat çox olmuşdur.

Kənd təsərrüfatı məhsulunun faktiki qiymətlərlə həcmi (min manatla)

Yaddaş:Şəkildəm ikinci il sözünü silmək

 

TKİÇİK:

 

Rayonun iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahənin inkişafı rayonun ümumi iqtisadi vəziyyətinin dəyişməsində aparıcı rola malikdir. Kənd təsərrüfatının əsas sahələrindən  biri də bitkiçilikdir. 2019 və 2018-ci illərdə rayonda bitkiçilik sahəsində istehsal olunmuş məhsullar haqqında geniş məlumata aşağıdakı cədvəldə nəzər salaq.

Rayon üzrə yekun

 

 

Bitki

növləri

                       2019                     2018
Məhsul

yığılmış

sahə, ha

Məhsul

yığılmışdır

ton

Məhsul-

darlıq

sent/ha

Məhsul

yığılmış

sahə, ha

Məhsul

yığılmışdır

ton

Məhsul-

darlıq

sent/ha

Taxıl cəmi 30386 106505,1 35,1 30115,5 104796 34,8
Ondan buğda 23200 84183,3 36,3 21650,5 79286 36,6
    arpa 6173 19220 31,1 6954 20723 29,8
   qargıdalı 130 1256,8 96,7 155 1543 99,5
    lobya 82 168 20,5 111 222 20
    noxud 191 375 19,6 382 764 20
    yemlik paxla 479 955 19,9 632 1471 23,3
    çovdar 0 0 0 161 612 38
    vələmir 131 347 26,5 70 175 25
Günəbaxan 375 107 2,9 220 83,5 3,8
Kartof 935 13850 148,1 885 10415 117,7
Tütün 30 60,1 20 22 41,7 19
Tərəvəz 913 8955 98,1 920 8820 95,9
Ot istehsalı 1092 7094,9 65,0 1169,5 15007 128,3

 

Rayonda bitkiçilik məhsullarının istehsalının əsasını taxıl istehsalı təşkil edir. 2019-cu ildə rayonda  30386 hektar sahədən 106505,1 ton taxıl toplanmışdır ki, bu da ötən ilin səviyyəsindən 1709,1 ton çoxdur. 2019-cu ildə rayonda taxılın hər hektardan orta məhsuldarlığı 35,1 sentnerə çatmışdır. 2019-cu  ildə istehsal olunmuş taxılın 102441,5 tonu, yəni 96,2 faizi fərdi  sahibkarlar və ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur. Taxıl istehsalının əsasını yumşaq buğda təşkil edir. Belə ki, taxılın 23200 hektarını buğda, 6173 hektarını arpa təşkil edir. Eyni zamanda bu il sahələrdən 84183,3 ton buğda, 19220 ton arpa  istehsal olunmuşdur. 2019-cu ildə istehsal olunmuş  buğdanın 96,5 faizi, yəni 81239,5 tonu, arpanın 95,4 faizi, yəni 18339,1 tonu fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.

İllər üzrə taxıl istehsalının dinamikasına nəzər saldıqda aydın olur ki, son  illərdə taxıl istehsalı nəzərə çarpacaq dərəcədə artmışdır. Bunu aşağıda göstərilən diaqrammalarda daha aydın şəkildə görmək olar.

2013 – 2019-cu illərdə taxıl istehsalı (ton)

 

2019-cu ildə rayonda əkin sahələrindən 168 ton lobya, 375 ton noxud, 955 ton yemlik paxla, 1256,8 ton dən üçün qarğıdalı, 347 ton vələmir istehsal olunmuşdur. İstehsal olunmuş lobyanın, vələmirin və qarğıdalının hamısı, noxudun 98,3 faizi, yəni 368,8 tonu, yemlik paxlanın 75,6 faizi, yəni 722,3 tonu fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.

2019-cu ildə rayonda 375 hektar sahədən 107 ton dən üçün günəbaxan toplanmışdır ki, bu da ötən ilin səviyyəsindən 155 hektar  və 23,5 ton çoxdur. Rayon üzrə günəbaxanın orta məhsuldarlığı 2,9 sentner təşkil etmişdir.

Artıq 4 ildir rayonda tütün istehsalına başlanmışdır. 2018-ci ildə 22 hektar tütün sahəsindən 41,7 ton quru tütün toplanmışdır. 2019-cu ildə isə 30 hektar sahədən orta məhsuldarlıq 20 sentner olmaqla 60,1 ton quru tütün təhvil verilmişdir.

Kartofun hamısı fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur. 2019-cu il kartof istehsalına görə rekord il olmuşdur.

2019-cu ildə rayonda 913 hektar sahədən 8955 ton tərəvəz toplanmışdır ki, bu da ötən illə müqayisədə 135 ton çoxdur. Ümumi tərəvəz istehsalının hamısı fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Bu il rayonda tərəvəz istehsalının tərkibində 873 tonunu kələm, 1720 tonunu xiyar, 1430 tonunu pomidor, 5 tonunu xörək çuğunduru, 1765 tonunu baş soğan, 1552 tonunu sarımsaq və 1610 tonunu sair tərəvəz bitkiləri təşkil edir.

Heyvandarlığın inkişafı üçün bu il rayonda 1092 hektar sahədən yem bitkiləri toplanmışdır. Toplanmış yem bitkilərinin 565,9 tonunu birillik yaşıl yem, 65297 tonunu yonca təşkil edir. Toplanmış yem bitkilərindən ancaq 1920 ton yonca fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatlarına aiddir.

Meyvə və ümlüklər rayon üzrə yekun

 

                           2019                        2018
  Yeni

bağ

salın-

mışdır

ha

 

Cəmi

bağlar

hektar

O cüm.

bar

verən bağlar

ha

Cəmi

məhsul

toplan-

mışdır

ton

Məh-sul-

darlıq

s/ha

Yeni

bağ

salın-

mışdır

ha

 

Cəmi

bağlar

hektar

O cüm.

bar

verən bağlar

ha

Cəmi

məhsul

toplan-

mışdır

ton

Məh-sul

darlıq

s/ha

 
Meyvə və giləmeyvə 245,6 3711,6 890 9194 103,3 1103,2 3496 882 9108 103,3
Üzüm 2 1123,1 1021,9 4436,1 43,4 22,8 1121,1 1012,9 4124 40,7

 

2019-cu  ildə rayonumuzda 3711,6  hektar meyvə və giləmeyvə bağı mövcuddur ki, onun da 3669,6 hektarını meyvə bağları, 42 hektarını giləmeyvəliklər təşkil edir. Ümumi bağların 568,5 hektarını alma, 96 hektarını armud, 30 hektarını heyva, 26,6 hektarını şaftalı, 6,2 hektarını ərik, 51,5 hektarını gilas, 10 hektarını albalı, 43 hektarını gavalı, 49,5 hektarını alça, 451,5 hektarını qoz, 2091 hektarını fındıq, 1 hektarını şabalıd, 78,7 hektarını nar, 57 hektarını xurma, 11 hektarını əncir, 2 hektarını zoğal, 1 hektarını əzgil, 95,1 hektarını badam bağları və 1 hektarını moruq, 42 hektarını tut bağları təşkil edir. Ümumi bağların 890 hektarı bar verən yaşda olan bağları təşkil edir ki, onun da 339 hektarını  alma, 60 hektarını armud, 24 hektarını heyva, 5 hektarını şaftalı, 4 hektarını ərik, 20 hektarını gilas, 8 hektarını albalı, 28 hektarını gavalı, 40,5 hektarını alça, 156,5 hektarını qoz, 79 hektarını fındıq, 1 hektarını şabalıd, 51 hektarını nar, 32 hektarını xurma, 9 hektarını əncir, 1 hektarını zoğal, 1 hektarını əzgil və 31 hektarını tut bağları təşkil edir.

2019-cu ildə rayon üzrə ümumilikdə 245,6 hektar yeni bağlar salınmışdır ki, onun da 67,5  hektarını alma, 11 hektarını armud, 11,8 hektarını şaftalı, 1 hektarını ərik, 11,5 hektarını gilas, 6 hektarını gavalı, 1,5 hektarını alça, 106,5 hektarını qoz, 28,8 hektarını badam bağları təşkil edir.

Bu il ötən illə müqayisədə bar verən yaşda olan meyvə bağlarından 86 ton çox, yəni 9194 ton meyvə toplanmışdır. Toplanmış meyvənin 5495 tonunu  alma, 702 tonunu armud, 134 tonunu heyva, 5,5 tonunu şaftalı, 8,5 tonunu ərik, 65 tonunu gilas, 25 tonunu albalı, 115 tonunu gavalı, 380 tonunu alça, 542 tonunu qoz, 281 tonunu fındıq, 6 tonunu şabalıd, 572 tonunu  nar, 422 tonunu xurma, 105 tonunu  əncir, 12 tonunu zoğal, 4 tonunu əzgil və 320 tonunu tut təşkil edir.

Üzümçülüyün gəlirli bir sahə olduğunu nəzərə alaraq qeyd etmək olar ki, artıq rayonumuzda bu sahənin inkişafına diqqət daha da artmaqdadır. Belə ki, bu il rayonda 2 hektar yeni üzüm bağı salınmışdır. 2019-cu  ildə rayonumuzda 1123,1 hektar üzüm bağı vardır ki, onun da 1021,9 hektarı bar verən üzüm bağlarıdır. Bu il bağlardan talvar üzümü daxil edilməklə 4436,1 ton üzüm istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 312,1 ton çoxdur. Ümumi üzüm bağlarının 498,1 hektarı (ondan 457,9 hektarı bar verən yaşda) fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatlarına aiddir. Bu il fərdi sahibkarlar və ailə kəndli və ev təsərrüfatları tərəfindən ümumilikdə talvar üzümü daxil edilməklə 2315,5 ton üzüm istehsal olunmuşdur.

Rayonumuz üçün ənənəvi olan üzümçülük sahəsi ilbəil yeni üzüm bağlarının salınması hesabına daha da genişləndirilir.

2012-2019-cu illərdə yeni üm bağların salınması diaqramması ( hektarla )

 

Belə olan halda yaxın illərdə rayonumuzda üzüm bağlarının sahəsi və məhsul istehsalı keçmiş illərin səviyyəsinə gəlib çatacaqdır.

HEYVANDARLIQ:

Kənd təsərrüfatının həm xidmət, həm də bitkiçilik sahələrinin inkişafı heyvandarlıq sahəsinin də inkişafına öz müsbət təsirini göstərmişdir.

Rayonun ümumi torpaq fondunun 45,2 faizini, 93679 hektarını kənd təsərrüfatına yararlı torpaqlar (ondan 4161 hektar həyətyanı sahələrə aiddir) təşkil edir. Həmin torpaqlardan 50611 hektar sahənin örüş və otlaqdan ibarət olması heyvandarlığın inkişafına əsaslı zəmin yaradır. Rayonda  bitkiçiliklə yanaşı heyvandarlıq sahəsi də daim diqqət göstərilərək inkişaf etdirilir. 01 yanvar 2020-ci il tarixə rayonda 3 kənd təsərrüfatı müəssisəsində, 38 fərdi sahibkar təsərrüfatında, 23933 ailə kəndli və ev təsərrüfatlarında heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır. Rayon ərazisini tam əhatə etməklə uçot  bütün 37 (1 şəhər, 2 qəsəbə inzibati ərazi dairəsi) inzibati ərazi dairələri üzrə 108 yaşayış məntəqələrini əhatə etmişdir. 01 yanvar 2020-ci il tarixə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 51794 baş iri buynuzlu mal, 24125  baş inək və camışlar, 180795 baş qoyun və keçilər, 286 baş donuzlar, 1149 baş atlar, 247 baş eşşək, 6 baş qatır, 17096 arı ailəsi, 283100 baş bütün növ quşlar mövcud olmuşdur. 2018-ci illə müqayisədə bütün təsərrüfat kateqoriyaları üzrə iri-buynuzlu qara malın sayı 29 baş, o cümlədən inək və camışların sayı 20 baş, qoyun keçilərin sayı 65 baş, quşların sayı 1215 baş, arı ailəsinin sayı 43 ailə artmış, donuzların sayı 105 baş azalmışdır.

İllər üzrə mal-qaranın sayı haqqında  məlumat aşağıdakı cədvəldəki kimidir:

 

İllər İri buynuzlu mal (baş) Qoyun-keçi (baş )
2000 42383 136178
2010 51276 178234
2015 51607 180359
2016 51624 180455
2017 51709 180620
2018 51765 180730
2019 51794 180795

 

İri buynuzlu malın illər üzrə baş sayın dəyişməsi dioqramı, (baş)

Qoyun-keçilərin illər üzrə baş sayın dəyişməsi dioqramı, (baş)

 

01 yanvar 2020-ci il tarixə mal-qara, quşların və arı ailələrinin sayı haqqında  məlumat

          
  Ölçü

vahidi

2020-ci il 2019-cu il Artma(+)

Azalma(-)

Rayon üzrə yekun: x x x x
İri buynuzlu mal baş 51794 51765 29
     o cümlədən: inək və camışlar baş 24125 24105 20
Qoyun-keçilər baş 180795 180730 65
Donuzlar baş 286 304 -18
Quşlar baş 283100 281885 1215
Arı ailəsi baş 17096 17053 43
Kənd təsərrüfatıəssisələri üzrə: x x x X
İri buynuzlu mal baş 1066 1133 -67
O cümlədən: inək və camışlar baş 431 413 18
Qoyun-keçilər baş 5054 6554 -1500
Donuzlar baş 131 164 -33
Quşlar baş 0 0 0
Arı ailəsi baş 0 0 0
Sahibkarlar, ailə kəndli və ev təsərrüfatı x x x x
İri buynuzlu mal baş 50728 50632 96
O cümlədən: inək və camışlar baş 23694 23692 2
Qoyun-keçilər baş 175741 174176 1565
Donuzlar baş 155 140 15
Quşlar baş 283100 281885 1215
Arı ailəsi baş 17096 17053 43

 

Cədvəldən göründüyü kimi, rayonda mövcud olan iri buynuzlu mal-qaranın 1066 başı və ya 2,1 faizi, qoyun keçilərin 5054 başı və ya 2,8 faizi, donuzların 131 başı və ya 45,8 faizi  kənd təsərrüfatı müəssisələrinin balansına aiddir.

Sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında 01 yanvar 2020-ci il tarixə uçotu aparılan 23971 təsərrüfatda 50152 baş inək naxırı, 576 baş camış naxırı, 160946 baş qoyun, 14792 baş keçi, 155 baş donuz, 1097 baş at, 283100 baş bütün növ quşlar, 247 baş eşşək, 6 baş qatır və 17096 arı ailəsi qeydə alınmışdır. Bu təsərrüfat kateqoriyaları üzrə inək naxırı 174 baş artmış, çamış naxırı 78 baş azalmışdır. Ümumiyyətlə, son illərdə çamışların sayında azalma müşahidə olunur. Bunun da əsas səbəbi daha məhsuldar inək naxırlarının saxlanmasına üstünlük verilməsidir. Qoyunların sayında 1752 baş artım müşahidə olunsa da, keçilərin sayı 187 baş azalmışdır.

Ümumi sürüdə ana malın xüsusi çəkisi 46,6 faiz təşkil etmişdir.

Son illər rayonda arıçılıq təsərrüfatlarının sayı artmış və bunun müqabilində arı ailələrinin sayı da xeyli çoxalmağa başlamışdır. Arıçılıq daha çox mənfəət əldə etmək üçün əlverişli sahə olduğundan bu sahənin inkişafına maraq ilbəil artmaqdadır. Belə ki, əgər  2003-cü ildə rayonda 2626 arı ailəsi saxlanılırdısa 2019-cu ildə bu say 17096-a çatmışdır.

2010-2019-cu illər üzrə Arı ailələrinin sayın dəyişməsi dioqramı, (ailə)

 

2019-cu ilin yanvar-dekabr aylarında rayon üzrə bütün təsərrüfat kateqoriyalarında diri çəkidə ət istehsalı 5430 ton, süd istehsalı 36391 ton, yumurta istehsalı 10620 min ədəd, yun istehsalı 409 ton təşkil etmişdir. 2018-ci illə  müqayisədə rayon üzrə ət istehsalı (diri çəkidə) 17,0 ton, süd istehsalı 885,0 ton, yumurta istehsalı isə 320 min ədəd, yun istehsalı 1,0 ton artmışdır.

HEYVANDARLIQ MƏHSULLARININ İSTEHSALI

   
Heyvandarlıq məhsulları istehsalı Ölçü vahidi 2019-cu il 2018-ci il Artma(+)

Azalma(-)

Heyvandarlıq məhsulları istehsalı

Rayon üzrə cəmi

x x x x
Ət (diri çəkidə) ton 5430 5413 17
Süd ton 36391 35506 885
Yun ton 409 408 1
Yumurta min ədəd 10620 10300 320
Barama ton 4205,4 3899.9 305,5

 

Ət istehsalının 1,4 faizi, süd istehsalının 3,8 faizi, kənd təsərrüfatı müəssisələrində istehsal olunmuşdur. Ət istehsalının (diri çəkidə) 98,6 faizi, süd istehsalının 96,2 faizi, yumurta istehsalının 100,0 faizi fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu təsərrüfat kateqoriyası üzrə ət istehsalı 0,3 faiz, süd istehsalı 0,1 faiz, yumurta istehsalı 3,1 faiz çox olmuşdur. Artıq dörd ildir rayonda barama istehsalına başlanılmışdır. 2019-cu ildə rayon kümçüləri 4205,4 kq. barama istehsal edərək təhvil vermişdir. Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövründən 7,8 faiz və ya 305,5  kq. yüksəkdir.

 

Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında əvvəlki illəqayisədə istehsalın dinamikası

Hesabat dövründə kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində işlər davam etdirilmiş, 3909 baş inək, camış və düyələr elit törədicilərinin toxumları ilə mayalandırılmışdır. Heyvanların süni mayalanmasından alınan balaların sayı 2085 baş təşkil etmişdir.

2020-ci ilin məhsulu üçün 30165 hektar sahəyə payızlıq bitkilər əkilmişdir ki, onun da 22712 hektarını buğda, 7428 hektarını isə arpa bitkisi təşkil edir.

Simran Aydınov,

İsmayıllı Rayon Statistika idarəsinin baş məsləhətçisi

Şərh Yaz