Minnətdarlıq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova                   

 

Hörmətli Mirdaməd müəllim!

Cari ilin fevral ayında baş verən zəlzələ nəticəsində mülkiyyətimizdə olan evlər yaşayış üçün yararsız vəziyyətə düşdü. Yaranmış vəziyyət barədə əlaqədar təşkilatlara məlumat verdik. Evlərə baxış keçirildi. Qəbul olunmuş qərar əsasında qısa müddətdə ailəmiz üçün təsəvvür edə bilməyəcəyimiz, hər cür şəraiti olan gözəl bir evlər tikildi. İndi həmin evlərdə rahat yaşayırıq.

Rahat yaşayışımız, bizə göstərilən diqqət və qayğı üçün Prezidentimizə, yerlərdə verilən tapşırıqları məsuliyyətlə yerinə yetirənlərin hər birinə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə:

Süleymanova Nabat Cabbar qızı,

Alıyeva Rəhilə Abbas qızı,

Cülyan kənd sakinləri

Şərh Yaz