Nazir vətəndaşları qəbul edib

Sentyabr ayının 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının təmiri, iş yerinin daimiləşdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz