Yaddas kitabcasi

Əhaliyə göstərilən xidmət yüksəldilməlidir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun elektrik şəbəkə və telekommunikasiya sahəsində çalışanlardan bir qrupu ilə Telekommunikasiya qovşağının akt zalında görüşüb.

Görüşdə adı çəkilən sahələrdə mövcud vəziyyətin təhlili və əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, çatışmazlıqların ləngimədən aradan qaldırılması məqsəd kimi qeyd olunub.

M.Sadıqov rayonda gedən sürətli quruculuq işlərinin fonunda bu iki sahədə aparılan çalışmaların da qənaətbəxş səviyyəyə çatdırılmasını günün vacib məsələlərindən olduğunu bildirib. Rayon ərazisində rabitə və energetika sahəsində olan nöqsanların tezliklə aradan qaldırılması barədə tövsiyə və tapşırıqlar verib.

İsmayıllı Elektrik Şəbəkəsinin rəisi Şahin Muradov və Telekommunukasiya qovşağının rəisi Tofiq Calalov dövlət səviyyəsində vətəndaşlara göstərilən diqqət və qayğıya müvafiq olaraq, çalışdıqları sahə üzrə bölgədə aparılacaq işlərə daha məsuliyyətlə yanaşacaqlarını dilə gətiriblər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz