“DAĞ ÇİÇƏKLƏRİ”

l

 

 M.Füzuliyəzirə

 

Bəsdi mənə verdiyin bu iztirab,

Gəl ki daha dözməyə yox məndə tab.

 

Ömür ötür, zaman deyir öz sözün,

Qocalıram, bağlanır dəftər, kitab.

 

Günahsızı, suçlusu kim bu eşqin?

Tanrı çəkər yəqin bir gün haqq-hesab.

 

Camalının xəyalına hey dalıb,

Aya, Günə eyləyirəm mən  xitab.

 

Eşq şərabı  içdiyimiz  gün hanı?

Nədən  dönüb zəhər oldu o şərab?

 

Nələr etdin, nə gətirdin başıma,

Etdiyindən  çəkmədinmi bir əzab?

 

Heç yadına salmadınmı sən məni?

İnsan olan eyləməzmi bir savab?

 

Ölmərəm, vallah, sorağın gəlsə, bil,

Can qayıdar canıma, olsam  xarab.

 

Onda səbəb sormadı səndən  Ziya,

Barı, ver indi ona sən bir cavab.

Nazir Ziya Talıstanlı

 

Adamlar

Ayrı-ayrı rəngdə, adda,
Çəməndə güldü – adamlar.
Kədərini gizlətsə də,
Sevinci böldü adamlar.

 

İtən deyil hörmət, xətir,
Dərd üz versə, döz, tab gətir.
Kədər nədir, sevgi nədir,
Dadını bildi adamlar.

 

Bəxtəvərik bu cahanda,
Həyat üzə gülən anda.
Bir gözüylə ağlayanda,
Biriylə güldü adamlar.

 

Dünyaya açdı gözünü,
Dil açıb dedi sözünü.
Baxanda, gördü özünü –
Göz yaşın sildi adamlar.

 

Nə istəyir ömür bizdən –
Bir ad qalsın yoldan, izdən.
Gələn günə eşqimizdən
Dünyaya gəldi adamlar.

Şahməmməd  Dağlaroğlu

 

Əzdirirlər

 

Vallah, zaman iblisləşib,
Mərdi mərdə əzdirirlər.
Hər gün daha böyük dərdlə
Dərdi dərdə əzdirirlər.

 

Ədaləti ölmüş sanıb,
Üstünə min quzğun qonub.
Parçalayıb göydə onu,
Bunu yerdə əzdirirlər.

 

Elə nifrət var Xeyirə,
Pusqu qoyulub hər yerə.
Gec-tez tutub salıb girə,
Bir də, bir də əzdirirlər.

Oqtay İsmayıllı

 

Öndən düşən adam

 

Yalan nəzmə çəkər,

Sözündən düşən adam.

İtirər etiqadın

Dizindən düşən adam.

 

Xeyrə açmaz qucağı,

Əlində şər bıçağı.

Yandırmaz ki, ocağın,

Közündən düşən adam.

 

Hər işində əyri var,

Yaşadı, nə xeyri var?

Könüllərdən sıyrılar,

Özündən düşən adam.

 

Duyulmaz ki, həsrəti,

Saflığı, sədaqəti.

Sevginin, məhəbbətin

Gözündən düşən adam.

Xatın

n sayızda şeir səhvən  Cəbrayıl Hüseyn imzası ilə getmişdir)

 

 

Qorxma, ölən deyiləm

 

Sən ey xəyallarımın
Mən tək yorğun bəndəsi.
Sən ey rəgsiz dünyamın
Ölgün, solğun bəndəsi.

 

Sən ey fikrimin gözü,
Ey ruhumun sahibi.
Ağrımın iniltisi,
Günahımın şahidi.

 

Nədir məndən çəkdiyin,
Bir deyənin olmayıb?
Çıx get, bu sərsərinin
Dərdi sənə qalmayıb.

 

Get, get nəyinə lazım
Mən kimi veyil adam?
Səni əlimdən almaq
Əlimdə deyil, adam.

 

Qurtar canını məndən,
Mən düzələn deyiləm.
Sənsiz dəli olsam da
Qorxma, ölən deyiləm.

Turac Hilal

 

zdirin məni

 

Yadıma düşmüsən bar çiçəyitək,

Alma çiçəyitək, nar çiçəyitək.

Çəməndə baharın qar çiçəyitək,

Qönçəli ləçəkdə gəzdirin məni.

 

Sevən ürəyimiz yaralı qalıb,

Əllərim telindən aralı qalıb.

Səni sevən gözüm saralı qalıb,

Arzuda, diləkdə gəzdirin məni.

 

Durna qatarından uçub gəlmişəm,

Ömrümün bağından çiçək dərmişəm.

Yatanda yuxumda səni görmüşəm,

Röyada  gerçəkdə gəzdirin məni.

 

Bir eşqin uzanan qolları üstə,

Könül nəğməsinin dilləri üstə.

Mizrab gəzən kimi tellərin üstə,

Könüldə, ürəkdə gəzdirin məni.

Surəbrayılova

 

nha bir ağacam

 

Tənha bir ağacam qaya başında,

Bilinmir tarixim, nə də yaşım da.

Şahidi olmuşam çox sərt qışın da,

Üşütməz nə boran, nə də qar məni.

 

Az qalıb göylərə vuram başımı,

Qabardam köksümü, çatam qaşımı.

Qorxuram deməyə doğru yaşımı,

Görənlər sanarlar ixtiyar məni.

 

Sürünüb yanımdan keçib duman da,

Ümid də görünüb, gəlib güman da.

Bəzən meh də əsib, bəzən tufan da,

Heç vaxt tək qoymayıb bu dağlar məni.

 

Baxıram aşağı, dərələr dərin,

Suları dumduru, havası sərin.

Zülmətə qərq olub çox gecələrim,

Bülbüləm, təkləyib neçə sar məni.

 

Yuvamın içindən neçə quş uçub,

Göylərə sevinclə qol-qanad açıb.

Üzümə hərdən də Günəş nur saçıb,

Təsəlli edibdir belə var məni.

 

Tufan vurub məni, nə çəkmişəm mən,

İçimdə, çölümdə qəm əkmişəm mən.

Uzanan yollara göz dikmişəm mən.

Saxlayıb ayaqda vəfa, yar məni.

 

Bir rişəm daşlara bağlanıb qalıb,

Bir rişəm aşağı sallanıb qalıb.

Bir rişəm  köklərə dolanıb qalıb.

Rüstəməm, sanıblar bəxtiyar məni.

stəm  Məbudoğlu

 

Yoxluğuma öyrən sən

 

Uca dağın başında,

Şaxtasında, qışında,

Yolların yoxuşunda

Hər tərəfim duman, çən,

Yoxluğuma öyrən sən.

 

Saçlarımda bəyaz dən,

Ruhumu sıxır bədən.

Mən indi buluda tən,

Sənsə yerdə bir süsən,

Yoxluğuma öyrən sən.

 

Bu dünya əzəlində,

Qılıncı hər əlində.

Payızın xəzəlində,

Göyərəcək bir çəmən,

Yoxluğuma öyrən sən.

 

Min həsrət var içimdə,

Qəm ötüşür köçümdə.

Mənsiz qalan bürcümdə

Bəlkə  dünya daha şən,

Yoxluğuma öyrən sən.

 

Çiçəklərə ətirsən,

Hər şeirimə sətirsən,

Sən mənimlə gedirsən.

Geri çətin dönəm mən,

Yoxluğuma öyrən sən.

brayıl Hüseyn

 

Ömrüz

 

Gün ötdükcə əriyəcək şam kimi,

Xoş duyğulu  sözə dönüb ömrümüz.

Arzuların son gümanı şam kimi,

Gül-çiçəkli düzə dönüb ömrümüz.

 

Selə dönüb, gah kükrəyib, gah daşıb,

Kimə əziz, kimlərəsə yadlaşıb.

Bir bulağın göz yaşında daşlaşıb,

Nur çeşməli gözə dönüb ömrümüz.

 

Yolumuzu kəsə bilməz qar, yağış,

Ruhumuzu üşüdəmməz yad baxış.

İndiyədək necə gəldik – sıçrayış,

Qığılcımlı közə dönüb ömrümüz.

 

Buna ömrün günortası dedilər,

Qəm-qüssələr qaşıqlayıb yedilər.

Bilmək olmaz yol nə qədər dedilər,

Əlli ötüb, yüzə dönüb ömrümüz.

Nazilərova

 

nya

 

Dünya yol üstündə bir dayanacaq,

Kim ötüb gedəcək, kim dayanacaq.

Görürəm danışsam su da yanacaq,

Qoy gedim danışım dağa dərdimi.

 

Gündüzüm dolanıb gecəyə gəldi,

İnsan bu dünyaya heç nəyə gəldi.

Alalar satasan neçəyə gəldi,

Xərcləyəsən sola, sağa dərdimi.

 

Bu qarı əritməz nə bahar, nə yaz,

Bu yükün altında dəvə də durmaz.

İlan da, əqrəb də dilinə vurmaz,

Qatsan da yüz bala, yağa dərdimi.

 

Ayaz dərd önündə bir sədd, bir qala,

Kim dözər mən dözən bu qeylü-qala.

Əgər bir gün ölsəm, qoymayın qala,

Tez bükün tənimlə ağa dərdimi.

Ayaz  Şəfaqətov

 

***

Dəhrdə ruzidən hər bir kəsin öz qisməti var.
Tanrının hesaba gəlməz nə qədər neməti var!

Kim bilər, hansı zaman, harda bitər son nəfəsi?!
Bunu dərk eyləməz insan, Onun öz hikməti var.

Bir zaman qafil olub, gəncliyimi verdim hədər,
Bilmədim, ruzigarın aydını var, zülməti var.

Mənə haqqın yolunu təlim edib Haqqın Özü,
Məni fail yaradıb, məndə məgər minnəti var?!

Can atır vəslinə Yarın, sinəmə sığmır ürək,
Gecə-gündüz çəkirəm, Sevdiyimin həsrəti var.

Əhdinə eylə vəfa sən də, xilaf olma, Roman,
Aşiqi-sadiqinə Xaliqimin cənnəti var.

Roman Səfərov

 

 Azərbaycana

 

Adının çəkilməsi olur hər cür yaxşıda,

Ona görə salmışam meyli Azərbaycana.

Var onun Şirvan, Muğan kimi ciyərparəsi,

Onlar övlad sayılır, bilirlər onu Ana,

Ürəyi tək yaxındı Mili Azərbaycana.

 

Çəkib çiçək nazını, olub gül bəsləyən də,

Şəninə, ünvanına nəğmə bəstələyən də.

Havada baş qaldırıb, tərpənəndə, əsəndə,

Bakı küləyi olub səsi salmış hər yana,

Sərinlik gətiribdir yeli Azərbaycana.

 

Söz çox idi deməyə, belə söz bilməmişdi,

Pay təki onu kimsə kimsəylə bölməmişdi.

Onlar kimi sevgi, eşq dəlisi gəlməmişdi,

Vaxta söyləmişdilər, demişdilər zamana,

Gələndə Məcnun ilə Leyli Azərbaycana.

 

Gəlirlər ki, öyrənib bilələr hər yaxşını,

Gözü düz gəzdirələr, baxalar düz baxışı.

İlməni düzüm edib, vuralar da naxışı

Dəzgahla tanışlığa, bilmələriyçün xana,

Dünya yaxınlaşıbdı xeyli Azərbaycana.

 

Mirvariyə bənzəyir, xatırladır incini,

Tutubdur İsmayıllı yerlərdən birincini.

Yaşamağa, duymağa toy-bayram sevincini,

Axışırlar küçəyə, yığışırlar meydana,

Gəlir ömrün təzə, xoş ili Azərbaycana.

Tamam Nur Tağlabiyanlı

12 .12.2018-ci il

 

Qayıt gəl, ata…

 

Övladlarını atan atalara qızlarının dili ilə

Gəl, dindir qəlbimi sevindir, ata,
Buz bağlayan könlü isindir, ata.
Məni şirin-şirin sən dindir, ata,
Həsrətin dondurub məni buz kimi.

 

Gəl, mənim dərdimə eylə sən çara,
Qoyma ki hər günüm geyinsin qara.
Sənsiz həyat məni çəkibdir dara,
Boynumu bükmüşəm yetim qız kimi.

 

Qolunu boynuma yenə gəl dola,
Həsrətlə baxıram sən gedən yola.
Ağlar gözlərimə yaş dola-dola,
Bəzən dillənirəm qəmli saz kimi.

 

Nədən düşdüm, ata, səndən aralı,
Gəzirəm pərişan, qəlbi yaralı.
Neynirəm şəkəri, neynirəm balı,
Yalaram üzünü, gəlsən, duz kimi.

 

Qoymazdın sən məni bir an pərişan,
Yoxdur sənsiz indi könlümü alan.
Qayıtsan, canımı edərəm qurban,
Həsrətin yandırır məni  köz kimi.

 

Oyadardın məni şirin yuxudan,
Oxşayıb qoxlardın telimi hər an.
Hamıdan inciyib küsdüyüm zaman,
Dərdimi bilərdin sehirbaz kimi.

 

Mən indi dəryada sənsiz bir ada,

Ürəyim sarılı aha, fəryada,
Gəl, balana qıyma, gəl, gəl, ay ata,
Gəl, qayıt ömrümə bahar, yaz kimi.
Xuraman  Baxış

 

Yaşa, fərəhlə qoşa

 

Surə Cəbrayılovaya

 

Yazdığın şeirlərin

Hər misrası bir dünya.

Hər sözdə məna dərin,

Təbin bənzəyir çaya.

 

Misran var, qan ağlayır,

Misran var, tər çiçəkdir.

Qəlbin coşur, çağlayır,

Ahın göyə dirəkdir.

 

Səni incidən xəbis

Anlamaz bu həyatı.

Səni duymamaq nə pis,

Duymamaq kainatı.

 

Dərs dediyin körpələr,

Sənin gül balaların.

Yaşamısan gör nələr,

Çəkilsin bəlaların.

 

Gülüşlə aç sabahı,

Yaz-yarat, eldə yaşa.

Unut kədəri, ahı,

Yaşa, fərəhlə qoşa.

Şərqiyyə Balacanlı

 

Ata

 

Ata ailənin şah damarıdır,

Ata övlad üçün zirvə qarıdır.

Ata əyilməsə, oğul əyilməz,

Ata insan üçün dünya varıdır.

 

Ata – bəşəriyyət bağlı bu ada,

Övladçün özünü o vurar oda.

Gəlsə övladının başına bəla,

Atalar yer tapmaz geniş dünyada.

 

Ananın öz yeri, yoxdur ona tay,

O, gündüz Günəşdir, gecələrsə Ay.

Ata zəhmətini itirən olsa,

Həyatda qazancı olacaq ax-vay.

Nizami Nadirov

 

Şərh Yaz