“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir

İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının əmək kollektivi ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  maarifləndirici tədbir keçirilib.

İsmayıllı RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin uşaqlara hədsiz sevgisindən, onların dövlət tərəfindən tam qayğı ilə əhatə olunmasından danışıb.

Uşaqların sağlam böyüməsində, tərbiyə olunmasında əhəmiyyətli rolu olan məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarına bu məsul vəzifənin icrasında müvəffəqiyyətlər arzulanıb. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, uşaq bağçasının müdiri Qalibə Abdullayeva  ailədə və cəmiyyətdə uşaqların hüquqları mövzusunda çıxış ediblər.

“İsmayıllı xəbərləri”

Şərh Yaz