Bağçada Yeni il şənliyi

2-3 yaşına çatmış uşaqlarımız üçün hər gün yeni əyləncə, yeni dostlar tapmaq maraqlı olur. Valideyn kifayət qədər vaxt ayırsa da, uşaqlar həmişə öz yaşıdları ilə daha çox oynamaq istəyirlər. Həm bu səbəbdən, həm də məktəböncəsi təlim-tərbiyə alması üçün uşaqlarımızı məktəbəqədər təhsil müəssisələrinə – bağçalara göndəririk.
Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla bir başlanğıcdır. Pedaqoqlar bildirirlər ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca lazımlıdır. Ona görə də onların məktəb öncəsi təhsil alacağı yeri, daha doğru ifadə etsək, bağçaları doğru seçməyimiz önəmlidir.

Regionun ilk ingilis dilli bağçası “İSMA KİDS ACADEMY”-də dekabr ayının 25-də Yeni il şənliyi keçirilib.

Bağçada ingilis, rus və Azərbaycan dili tədris edilir. Şənlikdə uşaqlar hər üç dildə şeirlər söyləyib, mahnı oxuyublar. Balacaların rəqs etmələri isə tədbirə xüsusi gözəllik qatıb.

Şənlik Şaxta babanın gəlişi, klounun çıxışları ilə daha da maraqlı olub.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində qeydiyyatda olan azyaşlılar da  şənliyə dəvətli  olublar. Uşaqların hamısına hədiyyələr təqdim edilib.

Nilufər Mursalıyeva,

bağçanın direktoru

 

Şərh Yaz