Anım gününə həsr olunmuş rəsm müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilib. Tədbirlərin xarakter və məzmununu Ulu öndərin siyasi fəaliyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı olması təşkil edib.

Belə tədbirlərdən biri 8 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində məktəblilər arasında rəsm müsabiqəsinin keçirilməsi olub.

Rəsm müsabiqəsi iştirakçıları Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri ilə müsabiqəyə qatılıblar. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümummilli liderə məhəbbətinin ifadəsini əks etdirib.

Müsabiqədə iştirak edən Nəzrin Mirzəyeva 1-ci , Seymur Əliyev 2-ci, İlkin Cəlilov 3-cü yerə laiq görülüb. Müsabiqədə iştirak edən rəssamlara hədiyyələr və Fəxri fərmanlar təqdim edilib.

Şərh Yaz