İnşa-yazı müsabiqəsində

İsmayıllı rayon Gənclər və İdman İdarəsi  Rayon Təhsil Şöbəsi ilə birgə 7 dekabr 2018-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində IX-XI sinif şagirdləri arasında “Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirib.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək iştirakçıları salamlayıb, ümummilli lider Heydər Əliyev haqqında şagirdlərə ətraflı məlumat verib. İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova, həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov çıxış edərək, şagirdlərə uğurlar arzulayıblar.
İnşa-yazı müsabiqəsində 21 məktəb iştirak edib.

Ü.Zeynalova

 

Şərh Yaz