“Fənlərin dostluğu” olimpiadası

15 dekabr 2018-ci il tarixində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Bilik Evinin birgə təşkilatçılığı ilə “Hədəf” kurslarının IX “Fənlərin dostluğu” olimpiadası keçirilib.

Olimpiadada rayon məktəblərindən 50 nəfərdən çox 9-cu və 10-cu sinif şagirdi iştirak edib. Qaliblər Bilik Fondu tərəfindən mükafatlandırılacaqlar.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz